Şiir
QƏRİB BİR DİYARIN QƏRİB ANIYAM – Xalidə ABDULLAYEVA – Güney Azerbaycan
QƏRİB BİR DİYARIN QƏRİB ANIYAM
Xalidə ABDULLAYEVA
Güney Azerbaycan
Vədəsiz saçıma yağdı bəyaz qar,
Bürüdü sağımı, solumu qubar.
Məni yad diyarda olanlar anlar-
Qərib bir diyarın qərib anıyam.
Ağlıma gələnlər başıma gəldi,
Cisgin də duman da yaşıma gəldi.
Nə gəldi ömrümün qışına gəldi-
Qərib bir diyarın qərib anıyam.
Gözümü dikmişəm vətənə sarı,
Bilsəydim sevməzdim vəfasız yarı.
Yad eldə, bir rəhm etmədi barı-
Qərib bir diyarın qərib anıyam!
Doğmalar yad oldu, bax bu şəhərdə,
Dadıma çatmadı bircə nəfərdə,
Artıq dad eyləyir daha Xalidə-
Qərib bir diyarin qərib anıyam.