Şiir

CANIM-Ümmü SÜLEYMANOVA

Xəbərsiz, ətərsiz bu sirli gecə,
Sən məni əlimdən almısan, canım!
Şeirin sevgin kimi dönüb şahmara,
Məni ürəyimdən çalmısan, canım!

Çəkdiyim nalədən, ündən xəbərsiz,
Telimdə ağaran dəndən xəbərsiz.
Mən səni görməmiş, məndən xəbərsiz,
Hardan xəyalıma dalmısan, canım?

Nəmli kirpiyini ox kimi sancdın,
Süzülüb sinəmə, nur olub saçdın.
“Offf, nə gözəl xəyal” söyləyib qaçdın,
Sanki saçlarımı yolmusan canım!

De, az mı görmüşdüm ayrılıq dağı,
Bilmirsən əriyib ürəyin yağı?
Bir xoş təsadüfdən, bu axşam çağı,
Axıb ürəyimə dolmusan, canım !

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu