Şiir

AZERBAYCAN SAHASINDAN QALİBƏ CƏFƏROVA TÜRKİYƏM AZƏRBAYCANIM ADLI ŞİİRİ İLE GÜFTE EDEBİYAT’TA

TÜRKİYƏM AZƏRBAYCANIM

Qalibə CƏFƏROVA

 

Bayrağım ruhum, canım

Varlığım, sarıldığım,

Vətən ürəkdə canım.

Türkiyəm Azərbaycanım.

İrəli, zəfər yolum

Qardaşlıq vuran qolum,

Damarda axan qanım

Türkiyəm Azərbaycanım.

Şəhidəm sənin üçün

Şəhidəm qələbənçün,

Ölməm, doğuş hər anım

Türkiyəm Azərbaycanım.

Səsim cahanı gəzər

Tarixim canlı əsər.

Yurdum Dədə Qorqudum

Türkiyəm Azərbaycanım.

Qaçmam səngərlərimdən

Yad qaçar zərbələrimdən.

Türkəm, Türk-Türkdür adım

Türkiyəm Azərbaycanım.

Bir bayraqda birləşmiş

Millətimin adısan.

Sinəsində sönməyən

Alovusan, odusan

Haqqa gedən haqq yolum

Turanım  ehey …Turanım

Türkiyəm Azərbaycanım .

Türkiyəm Azərbaycanım .

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu